ModHotel Mühasibat modulu otellərin ehtiyaclarına görə hazırlanmış bir idarəetmə sistemidir. Günlük mühasibat əməliyyatları xaricində, satın alma, varlıq idarəetməsi, personal, anbar və satış idarəetmə modullarına sahibdir. Tamamilə modulyar olaraq dizayn edildiyi üçün ehtiyac olunduğu təqdirdə istənilən modullar sonradan əlavə oluna bilər.
*Xərc mərkəzləri və digər əməliyyatlara görə gəlir və xərc analizi edilə bilər.
*Modullardan avtomatik olaraq yaranan və manual da əlavə oluna bilən Ödəniş Əmrləri sayəsində nəğd hərəkətlərin planlaya bilərsiniz.
*Yaşlandırmalı analiz sayəsində vaxtı keçmiş borc və alacaqlarınız görə bilərsiniz, tək bir butonla da satıcı firmalara olan borclarınız üçün ödəniş əmrlərinizi yarada bilərsiniz.
*Mizan və Müavin hesabatlarında şöbələr, xərc mərkəzləri və xüsusi kodlara görə filtrəmələr edə biləcəyiniz kimi, şöbələr və xərc mərkəzlərinə görə də ətraflı mizan hesabatları ala bilərsiniz.
*Finansal Status səhifəmizdən nəğd, kredit kartı, bank, alıcı, satıcı və çek hesablarınızın son balansını görə bilərsiniz. Eyni zamanda istədiyiniz tarix aralığında sizə gələn çek/sənəd toplamlarınızı görə bilərsiniz. Tək bir kliklə detallarına baxa bilərsiniz.
Beynəlxalq və yerli hesab planlanlarından istifadə edə bilərsiniz. 20 simvola qədər dəstəklənən hesab nömrəsi ilə çox detallı Grup şirketlərdə də istifadə oluna biləcək konsolidasiyaya uyğun ayarlar istifadə oluna bilər.
Hesab planında təyin olunan Yansıma və Maliyət hesabları ilə Avtomatik mühasibələşdirmə əməliyyatları icra oluna bilir. Eyni zamanda Büdcə, Çek-Sənəd-Varlıq-Dekont parametrlərini də bu menyudan təyin edə bilərsiniz.
Ödəniş-Mədaxil-Məxaric əməliyyatlarını bu menyudan icra edə bilərsiniz. Fiş nömrəsi özünüz verə bilməklə yanaşı, avtomatik olaraq da təyin olunmasını seçə bilərsiniz. Avtomatik fiş nömrəsi seçilmiş olarsa əvvəlki günlərə aid əməliyyat icra etdiyinizdə proqram əməliyyat nömrəsini günü əsas götürərək yaratdığından sıralamada qarışıqlıq olmaz.
Parametrdə'ki ay bağlama funksiyasını istifadə edilərsə, hesab periodu bağlanmış fişlərdə səhvən düzəltmə və silmə əməliyyatlarının qarşısına keçilmiş olur.
Fiş əməliyyatlarında olunan bütün hərəkətlər LOG'lanır. Silinən fiş geri qaytarıla bilir. Fiş girişində avtomatik ƏDV ayrımı, Valyutalı əməliyyatlar, MOD kalkulyatoru kimi funksiyalar mövcuddur. Fiş içində əməliyyat edərkən yeni hesab/cari açıla bilər.
Hesab planında hesabın cari ilə işləməsi istənilən 120-Müştərilər, 320-Satıcılar üçün Cari kod təyini menyusudur. Bu menyuda şirkətin adı və əlaqə bilgilərini daxil edə bilərsiniz. Sistemdə yeni cari kod yaratarkən nömrə avtomatik olaraq sistem tərəfindən verilir və hesabatlarda alfabetik olarak görünür.
MOD proqramında Cari, ayrı bir modul olaraq deyil. Yəni inteqrasiyaya ehtiyac qalmadan eyni mühasibat modulu içində bütün əməliyyatlar icra oluna bilər. Yaradılan Cari kod Anbar, Personal modullarında avtomatik olaraq istifadə oluna bilər.
Hasilat işləmləri menyusundan Front office-də yaranan bütün gəlirləri tək kliklə avtomatik olaraq mühasibələşdirə bilərsiniz. Lazımlı yoxlamalar tamamlandıqdan sonra gəlirlər avtomatik olaraq əvvəlcədən təyin olunmuş hesablara əlavə olunur.
Front Office-dən transfer olunan gəlirlər əvvəlcə yoxlama hesablarına göndərilir, daha sonra ödəniş alındıqca ƏDV və Gəlir hesablarına transfer olunur. Front office-də Aktiv qonaqların alacaq miqdarı, Mühasibatlıqda “Resepsiyon’dan Alacaklar” hesabında izlənilir.
Gəlir üzərindən mühasibələşdirilmə olduğu kimi, eyni zamanda kəsilən qaimələri də avtomatik mühasibələşdirə bilərsiniz.
Alınan və Verilən Çek əməliyyatları girilən fişlər ilə bağlantılı işləyir. Fiş əməliyyatlarında 101-Alınan Çek və 103-Verilən Çek hesablarında görülən əməliyyatlar parametrə uyğun olaraq Avtomatik Çek qeydi yaradır. Vədə Tarixinə görə Alınan/Verilən Çek siyahıları ilə izləmə edə bilərsiniz.
Varlıq Kartları, Departament və Ana-Alt qrup parametrlərinə görə ətraflı daxil edilə bilər. Varlıq Kontrol siyahıları və Amortizasiya Siyahıları alına bilər. Yenidən dəyərləndirmə vəAmortizasiya fişləri avtomatik olaraq yaradıla bilər.
Büdcə kodları tamamlandıqdan sonra Hesab Planı bölümündən əlaqəli hesablara parametrləri daxil edilir. Daha sonra Büdcə Girişləri addımında Planlanan rəqəmlər Aylıq olaraq daxil edilir. Qarşılaşdırmalı Büdcə sihayısında ətraflı hesabatlar əldə edilə bilər.
Bütün modulların bir-biri ilə inteqrasiyası nəticəsində günlük Mühasibat əməliyyatları çox qısa zamanda minimum işçi qüvvəsi ilə tamamlanır. Açılış-Bağlanış Qeydləri, Gəlirlərin mühasibələşdirilməsi, Yansıma və Maliyət qeydləri, Gəlir-Xərc Yansıma qeydləri, Məzənnə dəyərləndirmə və.s avtomatik olaraq proqram vasitəsi ilə hazırlana bilir.
*Ətraflı Mizan
*Ödəmə və Yığım Planı
*Tur agentlik performans hesabatı
*Tur agentlik Ödəniş planı
*Bank təlimatı yaratmaq
*İllik Mizan
*Kassa dəftəri
*Valyuta dəyərləndirmə avtomatik mühasibat qeydi
*Qazanc-Zərər Cədvəlləri
*ƏDV endirim hesabatı
*Gəlir Cədvəli
*Vədə tarixinə görə Alınan/Verilən Çek-Sənəd əməliyyatları
*Varlıq yoxlama siyahıları və Amortizasiya dəftərləri
*Qarşılaşdırmalı İllik Gəlir-Xərc Büdcə Cədvəlləri
*Ətraflı LOG Hesabatları
© aitech.az Bütün hüquqları qorunur