Anbar modulu ilə müəssisənizdəki anbar hərəkətlərini, alış və satışlarınızı planlaya bilməyinizi, müştərilərinizin tükətmə alışqanlıqlarını təxmin etməyinizi, personal anbarları istifadə şəklini analiz edə bilməyinizi və nəhayətində hədəfləriniz üçün planlama etməyinizdə köməklik edər.
Ana qrup, Üst qrup və Alt qrup parametrlərinə uyğun məhsul girişlərini edə bildiyiniz bölümdür. Anbar kartlarında vahid, ƏDV və Məhsul tipi xaricində, şəklin də əlavə edə bilər, stabil endirim faizi təyin edə bilər, Minimum-Maksimum stok səviyyələri üçün parametr əlavə edə bilərsiniz.
Anbar kartında seçtiyimiz məhsulun bütün illər üzrə hərəkətlərini görə bilər, əvvəlki illərlə qarşılaşdırma edə bilərsiniz. Müqaviləli işlədiyiniz satıcalar ilə Stabil Qiymət funksiyasın istifadə edə bilərsiniz.
Barkod girişi ilə alış qaimələrinin və sayımların sürətli girişlərin edə bilərsiniz. Eyni zamanda seçilmiş Anbar kartının Ana anbardakı Qalan Miqdar/Məbləğ və Ortalama qiymətini, Əlaqəli məhsulun ən son və ondan əvvəlki alışlarının nə qədər və hansı satıcılardan olduğunu tək bir ekrandan görüntüləyə bilərsiniz.
Qaimə girişlərini Təsəllüm fişindən edə bilərsiniz. Mühasibat proqramında açılan cari, Satıcılar ilə inteqrasiyalı işləyir. İcazə daxilində eyni ekrandan Yeni satıcı əlavə oluna bilir. Kredi olaraq daxil olunan tesellümlər, Giriş avtomatik mühsabələşmə qeydində satıcının hesabına, Nəğd alınan məhsullar isə Satınalma hesabına işlənir. Qaiməyə aid məhsulların girişi Ana Anbara olunduğu halda, Ət/Balıq/Meyvə-Tərəvəz kimi məhsullar birbaşa Ana Mətbəxə göndərilə bilir. Bu məhsullar üçün ayrıcı Transfer fişi yaratmağa ehtiyac qalmır. Girişi olunan məhsulun Ana Depodakı Miqdar, Məbləğ statusu ilə Son və ondan əvvəlki Satıcı alış bilgiləri görüntülənə bilir. Qaimə girişində Anbar kartı olmayan məhsullar üçün eyni ekrandan yeni kart olaraq təyin oluna bilir.
Transfer fişi ilə Ana Anbar'dan Departamentlərə vəya Departamentlərin öz arasındakı məhsul transferləri oluna bilir. Departamentdən Ana Anbar'a Geri Qaytarma əməliyyatları da eyni yerdən daxil oluna bilər.
Qalıq fişi, Sayım və İnteraktiv Sayım fişləri, Ziyan fişi, Geri qaytarma fişləri, Tükətim və İnteraktiv Tükətim fişləri, Tələb fişi, Sifariş fişi və Satış/İkram fişləri ilə bütün əməliyyatlarınızı ətraflı bir şəkildə icra edə bilərsiniz.
Tələb fişi vasitəsi ilə Departamentlər proqram vasitəsi ilə Ana Anbar'dan tələblərini daxil edərlər. Lazımlı icazələr təmin olunduqdan sonra Anbar işçisi Tələb fişindən Transfer fişi yaradar. Beləcə departamentlərin Ana Anbarda olmayan məhsulu tələb etmələrinin qarşısı alınmış olur.
Satınalma modulu ilə Satıcılardan gələr qiymətlərin daxil olunması, Sifarişlərin proqrama daxil olunması, Son alışlara görə uyğun qiymətli satıcıların təyin olunması, GM, Mühasibat müdürü, Satınalma müdürü və Anbar təsdiqindən sonra sifarişə uyğun hala gətirilməsini həyata keçirir. Sifariş-Təsəllüm fərq siyahıları ilə Eksik-Artıq sifarişlərinizi təyin edə bilərsiniz. Tarixlər arası ətraflı hesabatlar əldə edə bilərsiniz. Eksik sifarişlər üçün avtomatik tələb fişi yarada bilərsiniz.
Giriş, Transfer, Ana Anbar və Satıcı Geri Qaytarma, Ziyan, Maliyət, Cost Tükətim və.s mühasibələşdirmələri avtomatik gərçəkləşdirilə bilər. Bunun sayəsində anbar proqramında gərçəkləşdirilən bütün əməliyyatlar üçün Mühasibat modulundə əlavə iş görməyinizə ehtiyac yoxdur.
*Tesellüm/Transfer Giriş Çıxış Hesabatları
*Hesab No'ya görə Giriş Çıxış Kontrol Siyahıları
*Departament Çıxış Hesabatları
*İnventar Siyahıları
*Qarşılaşdırmalı Ortalama Qiymət Siyahıları
*Məhsul Satıcı Hərəkət Siyahıları
*Məhsul Miqdar/Qiymət Analiz hesabatı
*Satıcı ƏDV endirim Hesabatları
Cost maliyət hesabatlarınızı 2 fərqli şəkildə ala bilərsiniz.
1-) Aysonunda Qalan Miqdar-Məbləğlərin Sayım nəticələrinə uyğun olaraq aradakı Fərq-in Maliyət olaraq dəyərləndirilməsi
2-) Departamentlər də POS System proqramı olan vəya Satış-İkram çeklərini Cost menyusundan manual girən müəssisələrin, Resept Sisteminə görə olunan satışları, əlaqəli departament anbarından avtomatik olaraq çıxılmasını vəya Aysonu Sayımlar girildikdən sonra çıxılmasını proqram vasitəsi ilə icra edə bilərsiniz.
Banket reseptləri ilə Departamentlərdə Satışı olacaq məhsulların girişi, məhsulların hazırlanışı və qiymətlərini Ana qrup-Üst qrup-Alt qrup olaraq daxil edilməsi. Məhsulların satış qiymətini təyin edəcəyiniz kimi fərqli departamentlərdə, fərqli satış qiymətləri də girə bilərsiniz.
Resept detalı girişi sayəsində satış olunacaq məhsulda istifadə olunan məhsulların siyahısın daxil edə bilərsiniz. Resept içində Resept funksiyası ilə sürətli və praktik girişlər edə bilərsiniz.
Departamentlərdə olunan satışlar, Resept detallarına görə satış olunan anbardan avtomatik olaraq çıxılır və Maliyət hesabatları buna görə hazırlanır. Resept detalı istifadə etmək istəməyən otellərdə Resept'ə giriləcək Maliyət nisbəti ilə hesabatları ala bilərsiniz. Günlük, aylıq, tarixlər arası Maliyət hesablaması oluna bilir.
*Departament İnventar Siyahıları
*Sayım Siyahıları
*Mövcud Fərq və Tükətim hesabatları
*Aylara görə İllik Tükətim hesabatları
*Əvvəlki ilə görə qarşılaşdırmalı tükətim hesabatları
*Adambaşı AZN+Valyuta Miqdar və Məbləğ tükətim hesabatları
*Personal Yemək Maliyəti, Departament və Adambaşı maliyətlər
*Satış/Maliyət və İkram Hesabatları
*Ay əsasında satışı olan məhsulların günlərə görə bölünməsi
*Satış Hesabatı statistikaları
*Satışı olan məhsullar içində ən çox tükətilənlərin Miqdar və Məbləğ siyahıları
© aitech.az Bütün hüquqları qorunur